İtaliya klubunun hücumçusunu transfer edəcək – Premyer Liqanın “şeytanlar”ı

27 Aprel 13:10 İngiltərə 277
İtaliya klubunun hücumçusunu transfer edəcək – Premyer Liqanın “şeytanlar”ı

“Atalanta”nın hücumçusu Mateo Reteqi “Mançester Yunayted”ə keçə bilər.

Sportinfo.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” italiyalı futbolçunu izləyir və yayda onun transferini düşünür.

“Atalanta” 25 yaşlı forvardın dəyərini 60 milyon avro qiymətləndirir. “Mançester Yunayted”in də onu almaq üçün bu məbləği xərcləməyə hazır olduğu bildirilir.

Reteqi bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Atalanta” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!