"O, düzgün hesab etdiyi şeyi etməlidir" - “Mançester Yunayted”ə məsləhət

30 Dekabr 2024 20:50 İngiltərə 611
"O, düzgün hesab etdiyi şeyi etməlidir" - “Mançester Yunayted”ə məsləhət

İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer “Mançester Yunayted”in forvardı Markus Reşfordun vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “The Mirror”-a istinadən xəbər verir ki, keçmiş futbolçu Reşford ətrafındakı vəziyyətin düzəlməli olduğunu bildirib:

“Klub baş məşqçi Ruben Amorimin qərarlarını dəstəkləməlidir. O, düzgün hesab etdiyi şeyi etməlidir. Reşford ətrafındakı vəziyyət düzəlməlidir”.

Daha əvvəl 27 yaşlı hücumçunun “Mançester Yunayted”i tərk edə biləcəyi deyilirdi.

Reşford bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti