Belçikalı qapıçı transfer etmək istəyir - Premyer Liqa təmsilçisi

29 Dekabr 2024 01:30 İngiltərə 1 027
Belçikalı qapıçı transfer etmək istəyir - Premyer Liqa təmsilçisi

"Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Antverpen"də çıxış edən Senne Lammenslə maraqlanır.

Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Mançester Yunayted" Belçikalı qolkiperi 2025-ci ilin yayında heyətinə qatmağa çalışacaq.

"Antverpen" Senne Lammensi 2023-cü ilin iyul ayında "Brügge"dən transfer edib. 22 yaşlı "əlcək sahibi" bu mövsüm Belçika təmsilçisinin heyətində 20 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti