26 yaşlı “Barselona”lı qışda “Mançester Yunayted”ə keçəcək?

28 Dekabr 2024 00:00 İngiltərə 639
26 yaşlı “Barselona”lı qışda “Mançester Yunayted”ə keçəcək?

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo agenti ilə birlikdə İngiltərənin Mançester şəhərinə səfər edib.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu qışda “Mançester Yunayted”ə keçə bilər.

“Barselona” maliyyə problemlərinə görə Olmonu qışda İspaniya çempionatında iştirak üçün qeydiyyatdan keçirməmək riski ilə üzləşib.

Belə olan halda, ispaniyalı yarımmüdafiəçi azad agentə çevriləcək və “qırmızı şeytanlar”a keçəcək.

Olmo İspaniya çempionatının cari mövsümündə 11 oyun keçirib, 5 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti