Premyer Liqa klubunun sərfəli təklifini qəbul etmədilər

27 Dekabr 2024 00:00 İngiltərə 495
Premyer Liqa klubunun sərfəli təklifini qəbul etmədilər

“İnter” yarımmüdafiəçisi Kristian Asllanini satmaqdan imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda adı açıqlanmayan İngiltərə Premyer Liqası klubu 22 yaşlı futbolçu üçün sərfəli təklif irəli sürüb, ancaq milanlılar bunu rədd edib.

A Seriyasının top-klubunun rəhbərliyi albaniyalı yarımmüdafiəçinin inkişafından məmnundur və onu parlaq gələcək gözlədiyinə inanır.

Simone İnzaqinin komandasının heyətində cari mövsümdə bütün turnirlərdə 12 matçda iştirak edən Asllani 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti