Baş məşqçi vəzifəsi portuqaliyalıya həvalə olundu – Premyer Liqa klubunda

21 Dekabr 2024 01:40 İngiltərə 669
Baş məşqçi vəzifəsi portuqaliyalıya həvalə olundu – Premyer Liqa klubunda

“Vulverhempton”un yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifə portuqaliyalı baş məşqçi Vitor Pereyraya həvalə olunub.

O, bu posta istefaya göndərilən Qari Onili əvəzləyib.

56 yaşlı məşqçi ilə 2025/2026 mövsümünə qədər 18 aylıq müqavilə imzalanıb.

Pereyra karyerası ərzində “Fənərbaxça”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu” kimi klubları çalışdırıb.

Onun son iş yeri isə “Əl-Şabab” olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti