Yeni baş məşqçi portuqaliyalı oldu - Premyer Liqa klubunda

17 Dekabr 2024 18:20 İngiltərə 936
Yeni baş məşqçi portuqaliyalı oldu - Premyer Liqa klubunda

"Vulverhempton"un yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Premyer Liqa təmsilçisi Vitor Pereyraya tapşırılıb. 56 yaşlı portuqaliyalı mütəxəssis bu postda Qari Onili əvəzləyib.

Vitor Pereyra son olaraq Səudiyyə Ərəbistanının "Əl-Şabab" komandasında işləyib. O, 2015/2016 mövsümündə və 2021-ci ildə Türkiyədə "Fənərbağça"nın baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!