”Qalatasaray” axtardığını Premyer Liqada tapdı - Osimhenə əvəzləyici

16 Dekabr 2024 01:30 İngiltərə 4 541
”Qalatasaray” axtardığını Premyer Liqada tapdı - Osimhenə əvəzləyici

“Qalatasaray” mövsümün sonuna kimi “Napoli”dən icarəyə götürülən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenə əvəzləyici axtarır.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, Osimhen müqaviləsinin vaxtı bitdikdən sonra karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

“Qalatasaray” nigeriyalı futbolçunu əvəzləmək üçün “Tottenhem”in hücumçusu Son Hın Mini dəvət etməyi planlaşdırır.

Cənubi koreyalı futbolçunun İngiltərə klubu ilə 2025-ci ilin ortalarına qədər olan müqaviləsi var. O, bu mövsüm 17 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti