COP29

Sabiq baş məşqçini təhqir etdi, vəzifəsindən kənarlaşdırıldı

10 Dekabr 2024 15:20 İngiltərə 448
Sabiq baş məşqçini təhqir etdi, vəzifəsindən kənarlaşdırıldı

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopu təhqir edən baş hakim Devid Kut vəzifəsindən uzaqlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasında hakimlərin işinə cavabdeh olan Professional Game Match Officials Limited (PGMOL) şirkətinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl UEFA və İngiltərə Hakimlər Assosiasiyası tərəfindən cəzalandırılan britaniyalı referi son olaraq işindən qovulub.

4 il əvvəl sosial şəbəkədə 42 yaşlı ədalət qoruyucusunun Klopu axmaq və təkəbbürlü adlandırdığı video yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti