Qrem Potter “Çelsi”dəki uğursuz işindən sonra bir il yarımdan artıqdır ki, işsizdir.
Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis yaxın gələcəkdə yeni təyinat ala bilər.
“Vest Hem” Potterlə maraqlanır. London klubu qeyri-qənaətbəxş nəticələrə görə tezliklə Xulen Lopeteqi ilə yollarını ayırmaq istəyir.
“Vest Hem” hazırda İngiltərə çempionatının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komanda növbəti oyununu dekabrın 9-da, “Vulverhempton”a qarşı keçirəcək.

