Acun Ilıcalı "Qarabağ" və "Neftçi"də işləmiş məşqçini öz klubuna aparır?

5 Dekabr 2024 20:20 İngiltərə 1 378
Acun Ilıcalı "Qarabağ" və "Neftçi"də işləmiş məşqçini öz klubuna aparır?

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" baş məşqçi psotuna axtarışları davam etdirir.

Sportinfo.az xəbər verir ki, hazırda "Ridinq"i çalışdıran Ruben Selles Çempionşip təmsilçisinin baş məşqçisi təyin oluna bilər.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Hall Siti" ispan mütəxəssislə danışıqlara başlayıb. Yaxın günlərdə tərəflər arasında anlaşma əldə olunacağı bildirilir.

Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

O, ötən ilin yayında "Ridinq"in baş məşqçisi təyin olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti