Premyer Liqa təmsilçisində ciddi itki - Uzun müddət olmayacaq

26 Noyabr 2024 18:40 İngiltərə 827
Premyer Liqa təmsilçisində ciddi itki - Uzun müddət olmayacaq

"Tottenhem"in heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin qapıçısı Qulyelmo Kikario sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı qapıçı Premyer Liqanın 12-ci turunun "Mançester Siti" ilə matçında (4:0) sıradan çıxıb.

Topuq sümüyündə sınıq aşkarlanan Vikario əməliyyat olunub. 28 yaşlı qolkiper uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

@Tottenhem" Qulyelmo Vikarionu ötən ilin yayında "Empoli"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!