"Onlarla matçda eyni performansı göstərə bilmərik, əziləcəyik”

25 Noyabr 2024 00:00 İngiltərə 478
"Onlarla matçda eyni performansı göstərə bilmərik, əziləcəyik”

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker Premyer Liqanın 12-ci turunda “Tottenhem”ə dağıdıcı məğlubiyyətdən (0:4) sonra 13-cü turun “Liverpul”la qarşıdakı oyunu haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qarşılaşmada daha yaxşı çıxış etməli olduqlarını deyib:

“Bu, axını dəyişdirmək və cədvəldə daha yüksək olan komandadan üç xal almaq üçün əla oyundur.

Amma biz meydançaya çıxıb eyni performansı göstərə bilmərik, çünki əziləcəyik. Bu səbəbdən, hər birimizin vəzifəsi bu vacib oyuna hərtərəfli hazırlaşmaqdır”.

”Mançester Siti” – “Liverpul” matçı dekabrın 1-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti