Yeni baş məşqçinin gəlişindən sonra 4 futbolçu tərk edə bilər - Premyer Liqa klubunda

1 Noyabr 2024 18:20 İngiltərə 1 257
Yeni baş məşqçinin gəlişindən sonra 4 futbolçu tərk edə bilər - Premyer Liqa klubunda

“Mançester Yunayted” 4 futbolçusu ilə yollarını ayıra bilər.

Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Viktor Lindelof, Kristian Eriksen, Antoni və Kazemiro ilə ayrılmağa hazır olacaq.

Baş məşqçi postundan qovulan Erik ten Haqı Ruben Amorim əvəzləyəcək. Portuqaliyalı mütəxəssis noyabrın 10-dan sonra, komandanın beynəlxalq fasilədən əvvəl son matçının keçiriləcəyi vaxt işə başlayacaq.

Belə ki, yuxarıda adı çəkilən futbolçuların yeni baş məşqçinin uzunmüddətli planlarının bir hissəsi olma ehtimalı azdır.

Amorim hazırda Lissabon “Sportinq”inə rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR