Premyer Liqa klubunda hazırki baş məşqçini əvəzləməyə 4 namizəd var

28 Oktyabr 2024 15:20 İngiltərə 1 008
Premyer Liqa klubunda hazırki baş məşqçini əvəzləməyə 4 namizəd var

Erik ten Haq yaxın gələcəkdə “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini itirə bilər.

Niderlandlı çalışdırıcı təzyiq altındadır, bu, heç də təəccüblü deyil.

Belə ki, “qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 12-ci yerdədir.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” Ten Haqı qova bilər və artıq onun potensial əvəzediciləri ilə danışıqlar aparılır.

“Qırmızı şeytanlar” Xavi ilə də İngiltərə klubuna keçidini müzakirə ediblər.

İngilislərin siyahısında Ruben Amorim, Tomas Frank və Edin Terziç də var. “Mançester Yunayted”in digər namizədləri də nəzərdən keçirəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu