Fransalı müdafiəçini 60 milyon avroya almağa hazırdır - Paytaxt təmsilçisi

22 Sentyabr 2024 17:20 İngiltərə 742
Fransalı müdafiəçini 60 milyon avroya almağa hazırdır - Paytaxt təmsilçisi

Fransa millisinin və “Barselona”nın müdafiəçisi Jül Kunde İngiltərə Premyer Liqasına keçmək imkanına malikdir.0

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, “Çelsi” fransalı futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır.

London klubunun rəhbərliyi Kundenin transferi üçün 60 milyon avro ayırmağa hazırdır. Buna baxmayaraq, futbolçunun özü “Barselona”da qalmaq istəyir.

25 yaşlı müdafiəçi “Barsa” ilə bu mövsüm 6 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Tərəflər arasındakı müqavilə 2027-ci ilin yayında başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti