Hazırkı baş məşqçinin yerinə namizəd tapdı - Premyer Liqa klubu

21 Sentyabr 2024 15:20 İngiltərə 891
Hazırkı baş məşqçinin yerinə namizəd tapdı - Premyer Liqa klubu

“Mançester Yunayted” rəhbərliyi hazırkı baş məşqçisi Erik ten Haqın yerinə namizəd tapıb.

Sportinfo.az “Daily Express”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi “Yuventus”un sabiq baş məşqçisi, hazırda işsiz olan Massimiliano Alleqrini çox bəyənir.

Niderlandlı çalışdırıcı cari mövsümdə qovulsa, Alleqri baş məşqçi postuna əsas namizədlərdən biri olacaq.

“Mançester Yunayted” yeni mövsümə 4 oyunda 2 qələbə və 2 məğlubiyyətlə başlayıb.

Ten Haqın komandanın “sükanı arxasında” 3-cü mövsümüdür. Komanda onun rəhbərliyi altında ötən mövsüm İngiltərə kubokunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti