Heş yerə getmə, qal elə burada - Qapıçı ilə bağlı qərar verdilər

21 Sentyabr 2024 00:10 İngiltərə 1 258
Heş yerə getmə, qal elə burada - Qapıçı ilə bağlı qərar verdilər

“Mançester Siti” qapıçısı Edersonun gələcəyi ilə bağlı qərar qəbul edib.

Sportinfo.az “TBR Football”-a istinadən xəbər verir ki, “şəhərlilər” braziliyalı qolkiperi saxlamaq istəyir və müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

31 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Ederson “Mançester Siti”yə 2017-ci ilin yayında “Benfika”dan keçib. O, bu müddət ərzində 338 rəsmi oyun keçirib, 261 qol buraxıb.

Edersonun adı yayda Səudiyyə Ərəbistanı çempionatı ilə yanaşı hallanırdı.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!