Vəziyyət dəyişməsə, baş məşqçini istefaya yollayacaq – Premyer Liqa nəhəngi

7 Sentyabr 2024 00:10 İngiltərə 582
Vəziyyət dəyişməsə, baş məşqçini istefaya yollayacaq – Premyer Liqa nəhəngi

“Mançester Yunayted” komandanın baş məşqçisi Erik ten Haqın gələcəyini düşünür.

Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi niderlandlı mütəxəssisi istefaya göndərə bilər.

Rəhbərlik komandanın yeni mövsümün başlanğıcındakı çıxışından narazıdır. Vəziyyət dəyişməsə, klub Ten Haqla yollarını ayıra bilər.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeni mövsümünə uğursuz başlayıb, komanda 1 qələbə qazanıb, 2 məğlubiyyətlə üzləşib.

Ten Haqın komandası 3 turdan sonra 3 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti