Millinin qapıçısı Premyer Liqada klubunu dəyişdi

30 Avqust 2024 21:40 İngiltərə 644
Millinin qapıçısı Premyer Liqada klubunu dəyişdi

İngiltərə millisinin 26 yaşlı qapıçısı Aaron Ramsdeyl “Arsenal” klubundan “Sauthempton”a keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sauthempton”un mətbuat xidməti məlumat yayıb.

Futbolçunun yeni klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

“Sauthempton” Ramsdeylin transferi üçün “topçular”a təxminən 21,5 milyon avro ödəyib.

“Sauthempton”un İngiltərə Premyer Liqasında ilk iki turdan sonra 2 xalı var. Komanda turnir cədvəlində 16-cı yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti