"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, "Liverpul" gürcü qolkiperi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu 2025-ci ilin yayında "Liverpul"a qoşulacaq.
"Valensiya" Giorgi Mamardaşvilini 2021-ci ilin yayında Tbilisi "Dinamo"sundan transfer edib.

