Premyer Liqada xoşagəlməz hadisə: Topdaşıyan reklam lövhəsinin altında qaldı - FOTOLAR

27 Avqust 2024 10:00 İngiltərə 852
Premyer Liqada xoşagəlməz hadisə: Topdaşıyan reklam lövhəsinin altında qaldı - FOTOLAR

İngiltərə Premyer Liqasında “Kristal Pelas”la “Vest Hem”arasında keçirilən görüşdə xoşagəlməz hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, London derbisində qalib gələn “Vest Hem”in futbolçuları sevincini bölüşmək üçün azarkeş tribunasına qaçıblar.

Tərəfdarlar futbolçularla qələbəni qeyd edərkən topdaşıyanlardan biri reklam lövhəsinin altında qalıb.

Vəziyyəti anlayan “Vest Hem”in futbolçusu Tomas Soucek dərhal müdaxilə edib. Çexiyalı futbolçu reklam lövhəsini yığışdırıb və onu xilas edib.

London derbisində 2:0 hesabı ilə “Vest Hem” qalib gəlib.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti