“Mançester Siti”nin hücumçusu Erlinq Haland almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın komandaya qayıtmasına münasibət bildirib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli forvard Gündoğanın qayıdışını “inanılmaz” adlandırıb:
“Bu, inanılmazdır. Gündoğanın “Mançester Siti”yə qayıtması əladır. İlkay əla oyunçudur, bunu hamı çoxdan bilir. Onunla yenidən oynamağı səbirsizliklə gözləyirəm”.
Gündoğan 2016-2023-cü illərdə “Mançester Siti”də çıxış edib. Yarımmüdafiəçi ötən mövsümü “Barselona”da keçirib.
33 yaşlı futbolçu MS ilə bir illik müqavilə imzalayıb.

