Futbolçusunu İtaliya klubuna icarəyə verdi – Premyer Liqanın çempionu

25 Avqust 2024 20:25 İngiltərə 714
Futbolçusunu İtaliya klubuna icarəyə verdi – Premyer Liqanın çempionu

“Mançester Siti”nin yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi “Komo”ya keçib.

Sportinfo.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası təmsilçisində 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.

O, ötən mövsüm İspaniyanın “Las Palmas” klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.

21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!