Adı Premyer Liqanın iştirak ərizəsinə niyə salınmır?

25 Avqust 2024 01:40 İngiltərə 1 178
Adı Premyer Liqanın iştirak ərizəsinə niyə salınmır?

“Mançester Yunayted”in vingeri Ceydon Sanço İngiltərə Premyer Liqasının 2-ci turunun “Brayton”la bu gün baş tutacaq oyunu üçün heyətə daxil edilməyib.

Bundan əvvəl ingilis futbolçu “Fulhem”lə 1-ci tur oyununda da (1:0) “qırmızı şeytanlar”ın heyətində yer almayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq 24 yaşlı hücumçunun səhhətində yaranan problemlərə görə “Fulhem”lə oyun üçün komandanın heyətində yer almadığını açıqlayıb, həmçinin “qırmızı şeytanlar”ın düşərgəsində rəqabətin güclü olduğunu bildirib.

Bundan əvvəl “Yuventus”un Sanço ilə maraqlandığı barədə məlumatlar yayılmışdı.

“Brayton” – “Mançester Yunayted” matçının start fiti saat 15:30-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!