"Bu, özümüzə verdiyimiz sual deyil, çünki böyük hücumçularımız var"

25 Avqust 2024 01:30 İngiltərə 781
"Bu, özümüzə verdiyimiz sual deyil, çünki böyük hücumçularımız var"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni hücumçunun mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyunçularına tam güvəndiyini bildirib:

“Yeni “doqquz nömrə”? Bu, özümüzə verdiyimiz sual deyil, çünki böyük hücumçularımız var.

Biz oyunçularımıza tam güvənirik, inkişaf etmək istəyirik. Lakin biz bunu artıq bizimlə olan oyunçularla etməyə çalışacağıq”.

Daha əvvəl bildirilmişdi ki, “Arsenal” “Napoli”dən Viktor Osimhen və “Benfika”dan Viktor Qyokereslə maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!