“Uşaqlıqda onun dediyi hər şeyi edirdim” - FOTOLAR

24 Avqust 2024 21:40 İngiltərə 587
“Uşaqlıqda onun dediyi hər şeyi edirdim” - FOTOLAR

İngiltərə yığmasının və “Bavariya”nın hücumçusu Harri Keyn uşaqlıqda hansı futbolçuları özünə kumir hesab etdiyini açıqlayıb.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, ingiltərəli keçmiş futbolçular Teddi Şerinqem və Devid Bekhemin adını çəkib.

“Uşaqlıqda ən çox sevdiyim oyunçu kim olub? İngiltərəli hücumçu Teddi Şerinqemi bəyənirdim.

Sonralar Devid Bekhem mənim kumirim oldu. Uşaqlıqda Bekhemin dediyi hər şeyi edərdim. İndi mən bir çox uşaqlar üçün örnəyəm və onlara nümunə olmağa çalışıram”.

Keyn karyerasının əsas hissəsini (2013-2023) “Tottenhem”də keçirib. 31 yaşlı hücumçu ötən ilin yayında “Bavariya”ya transfer olub.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti