"Qarabağ"ın sabiq qapıçısı Premyer Liqa klubunda

24 Avqust 2024 20:20 İngiltərə 1 265
"Qarabağ"ın sabiq qapıçısı Premyer Liqa klubunda

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviçin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bosniyalı qolkiper "Everton"a keçib.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

37 yaşlı qolkiper İngiltərə klubu ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Beqoviç 2021-2023-cü illərdə də "Everton"da çıxış edib.

Asmir Beqoviç 2019/2020 mövsümünün birinci yarısında icarə əsasında "Qarabağ"da oynayıb. Onun son klubu "Kuinz Park Reyncers" (İngiltərə) olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti