COP29

“Mançester Yunayted”in baş məşqçisi postundan getməyə yaxındır

23 May 15:40 İngiltərə 332
“Mançester Yunayted”in baş məşqçisi postundan getməyə yaxındır

Niderlandlı mütəxəssis Erik ten Haq “Mançester Yunayted”in baş məşqçisi postundan getməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə kubokunda mümkün qələbə belə, Ten Haqı xilas edə bilməyəcək.

Əsas amil “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasında mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməməsidir. Komanda Premyer Liqanın turnir cədvəlini səkkizinci yerdə başa vurub.

Daha əvvəl mətbuatda bir neçə mütəxəssisin Ten Haqı əvəz edə biləcəyi bildirilib. “Mançester Yunayted”in maraq dairəsində Maurisio Poçettino, Tomas Tuxel və Roberto de Zerbi var.

Digər Xəbərlər
Xəbər Lenti