"Slot bunu anlayan kimi..." - Yeni baş məşqçiyə məsləhət verdi

22 May 2024 15:40 İngiltərə 663
"Slot bunu anlayan kimi..." - Yeni baş məşqçiyə məsləhət verdi

İspaniyalı mütəxəssis Rafael Benites “Liverpul”un yeni baş məşqçisi Arne Slot haqda danışıb.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, Benites, 45 yaşlı mütəxəssisə məsləhət verib:

“Slota məsləhətim özü olmaqdır. O, çalışacağı şəhərin və klubun mədəniyyətini başa düşməlidir. Slot bunu anlayan kimi, bu, doğru yolda atılan ilk müsbət addım olacaq”.

Niderlandlı mütəxəssis “qırmızılar”da Yurgen Kloppu əvəzləyib. O, iyunun 1-də işə başlayacaq.

Slotla “Liverpul” arasındakı müqavilənin müddəti 2027-ci ilin ortalarına kimi hesablanıb. Onun əvvəlki klubu “Feyenoord” olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu