COP29

"Mən növbəti mövsümdə bu komandanın baş məşqçisi olacam"

18 May 01:30 İngiltərə 421
"Mən növbəti mövsümdə bu komandanın baş məşqçisi olacam"

"Liverpul" Yürgen Kloppdan sonrakı dönəm üçün baş məşqçisini tapıb.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisini hazırda "Feyenoord"un baş məşqçisi olan Arne Slot çalışdıracaq.

Niderland klubu rəsmi saytı vasitəsilə 45 yaşlı mütəxəssislə vidalaşıb.

Niderlandlı məşqçi özü də "Liverpul"a gedəcəyini təsdiqləyib. O, mətbuat konfransında məlumatı təsdiqləyib: "Növbəti mövsümdə "Liverpul"un baş məşqçisi olacağam".

Arne Slot "Feyenoord"un baş məşqçisi kimi 147 oyuna çıxıb. Roterdam təmsilçisi onun rəhbərliyi altında 96 qələbə qazanıb, 27 heç-heçə edib, 24 dəfə isə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"