COP29

Kamerunlu ilə yollar ayrılacaq - Premyer Liqa klubu açıqladı

17 May 18:20 İngiltərə 345
Kamerunlu ilə yollar ayrılacaq - Premyer Liqa klubu açıqladı

“Liverpul”un müdafiəçisi Joel Matip 2023/24 mövsümünün sonunda komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı kamerunlu furbolçu azad agent kimi klubu tərk edəcək.

Matip 2016-cı ilin iyul ayından “Liverpul”da çıxış edir. O, komanda ilə iki dəfə İngiltərə Liqa kubokunu, bir dəfə Premyer Liqa, İngiltərə kuboku, Çempionlar Liqası və UEFA superkubokunu qazanıb.

Matip bu mövsüm bütün yarışlarda 14 matçda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"