Premyer Liqanı tərk edən ikinci komanda da bilindi

12 May 2024 20:50 İngiltərə 856
Premyer Liqanı tərk edən ikinci komanda da bilindi

İngiltərə Premyer Liqasını tərk edən ikinci komanda məlum olub.

Sportinfo.az xəbər verir ki, mövsümün bitməsinə bir tur qalmış "Börnli"nin Çempionşipə düşəcəyi dəqiqləşib.

Vinsent Kompaninin rəhbərlik etdiyi kollektiv 37-ci turda səfərdə "Tottenhem"ə 1:2 hesabı ilə məğlub olub. "Börnli" son tur ərəfəsində 17-ci pillədəki "Nottingem Forest"dən 5 xal geri qalır.

Daha əvvəl "Şeffild Yunayted"in elitanı tərk etməsi rəsmiləşmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti