Premyer Liqa klubunun yeni baş məşqçisi kimin evində yaşayacaq?

12 May 2024 00:00 İngiltərə 621
Premyer Liqa klubunun yeni baş məşqçisi kimin evində yaşayacaq?

Arne Slotun “Liverpul”a baş məşqçi təyin edildikdən sonra harada yaşamağı planlaşdırdığı məlum olub.

Sportinfo.az “Mirror”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis hazırda “qırmızılar”ın çalışdırıcısı Yurgen Kloppun yaşadığı evdə yaşayacaq.

Xatırladaq ki, alman mütəxəssis mövsümün sonunda “Liverpul”u tərk edəcək.

Hazırda “Feyenoord”da çalışan Slot “Liverpul”un baş məşqçi postuna əsas namizəddir.

“Liverpul” bu mövsüm Premyer Liqada 36 turdan sonra 78 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti