COP29

Premyer Liqada videokamera taxan ilk hakim - FOTO

8 May 01:40 İngiltərə 403
Premyer Liqada videokamera taxan ilk hakim - FOTO

İngiltərə Premyer Liqasının 36-cı turunda keçirilən “Kristal Pelas” – “Mançester Yunayted” matçında (4:0) hakim Carred Cillett başına “RefCam” kamerası taxıb.

Sportinfo.az “Sky Sports”a istinadən xəbər verir ki, Cillettin kamerasından çəkilən görüntülər ilin sonunda Premyer Liqada hakimliyin tələbləri ilə bağlı əlavə fikir təklif etmək məqsədi daşıyır.

Buna görə də görüntülər canlı yayımlanmayıb.

Bununla da referi Carred Cillett İngiltərə Premyer Liqasında videokamera taxan ilk hakim olaraq tarixə keçib.

Bu sxem hər iki klub, Beynəlxalq Futbol Assosiasiyaları Şurası və Premyer Liqa tərəfindən təsdiqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq