COP29

Premyer Liqa klubunun namizədləri arasındadır - Tanınmış baş məşqçi

5 May 17:20 İngiltərə 379
Premyer Liqa klubunun namizədləri arasındadır - Tanınmış baş məşqçi

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Mançester Yunayted”də Erik ten Haqı əvəz edə bilər.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı niderlandlı mütəxəssisin yerinə namizədlər siyahısındadır.

O, mövsümün sonunda Münhen klubundakı postunu tərk edə bilər. Daha əvvəl Tuxelin “Bayern”i tərk etməyi planlaşdırdığı bildirilirdi.

Lakin daha sonra mətbuatda onun Almaniya klubunda qala biləcəyi ilə bağlı məlumatlar yayılıb.

“Mançester Yunayted” Premyer Liqanın 34 turundan sonra 54 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!