COP29

AÇ-2024-dən sonra Premyer Liqa klubundan ayrılacaq?

2 May 10:00 İngiltərə 285
AÇ-2024-dən sonra Premyer Liqa klubundan ayrılacaq?

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes mövsümün sonunda komandanı tərk edə biləcəyi haqda danışıb.

Sportinfo.az DAZN-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi indi bu barədə düşünmədiyini bildirib:

“Komandamı dəyişməyi düşünsəm, bu, yalnız 2024-cü il Avropa çempionatı başa çatdıqdan sonra olacaq. Onda heç nə fikrimi yayındırmayacaq. Bu gün bu barədə düşünmürəm”.

Fernandes 2020-ci ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ilin ortalarına qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti