COP29

Premyer Liqa klubuna məsləhət gördü - Onu baş məşqçi postuna gətirin

1 May 12:00 İngiltərə 441
Premyer Liqa klubuna məsləhət gördü - Onu  baş məşqçi postuna gətirin

Danimarka millisinin və “Mançester Yunayted”in keçmiş qapıçısı Peter Şmeyxel “qırmızı şeytanlar”ın baş məşqçi postuna kimin keçməli olduğu haqda danışıb.

Sportinfo.az “Mirror”-a istinadən xəbər verir ki, danimarkalı keçmiş qolkiper, “Bayern”in çalışdırıcısı Tomas Tuxelin işini bəyəndiyini bildirib:

“Mən Tomas Tuxelin işini bəyənirəm. O, Yurgen Klopp kimi nüfuzlu mütəxəssisdir.

“Mançester Yunayted” aktiv şəkildə məşqçi axtarışına başlasa, o zaman Tuxel mütləq nəzərə alınmalıdır. O, Klopp kimi əla məşqçidir. Yurgen Klopp da MY üçün əla seçim olardı”.

“Mançester Yunayted”in baş məşqçi postunu hazırda niderlandlı mütəxəssis Erik ten Haq tutur. Onun rəhbərliyi altında komanda bu mövsüm Premyer Liqada 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti