Tanınmış müdafiəçi 39 yaşında sabiq klubuna qayıtmağa hazırlaşır

23 Aprel 00:10 İngiltərə 372
Tanınmış müdafiəçi 39 yaşında sabiq klubuna qayıtmağa hazırlaşır

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva karyerasını “Fluminense”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Silva 2006-09-cu illərdə çıxış etdiyi “Fluminense”yə qayıda bilər.

39 yaşlı futbolçunun London klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır.

Braziliya klubu Silvanı azad agent kimi dəvət etmək istəyir və artıq müqavilə üzərində işləyir.

Tiaqo özü də əvvəllər gələcəklə bağlı qərarını tezliklə açıqlayacağını bildirmişdi. O, artıq “Çelsi”də 4-cü mövsümünü keçirir.

Braziliyalı futbolçu “Çelsi” ilə ilk mövsümündə karyerasında ilk dəfə Çempionlar Liqasını qazana bilib.

Digər Xəbərlər
Xəbər Lenti