Mourinyonun “Liverpul”a baş məşqçi təyin olunmasını istəyirlər

23 Aprel 00:00 İngiltərə 333
Mourinyonun “Liverpul”a baş məşqçi təyin olunmasını istəyirlər

Futbol azarkeşləri sosial şəbəkədə Joze Mourinyonun “Liverpul”a baş məşqçi təyin oluna biləcəyini aktiv şəkildə müzakirə edirlər.

Sportinfo.az “Daily Mail”-ə isinadən xəbər verir ki, Mourinyo özü də istəmədən söz-söhbətlərə qoşulub: portuqaliyalı mütəxəssis “Liverpul”un bazar günü “Fulhem”lə oyununda iştirak edib.

“Qırmızılar” səfərdə 3:1 hesablı qələbə qazanıb.

Mourinyo “Roma”dan ayrılandan bəri işsizdir. “Liverpul” isə hazırda yeni baş məşqçi axtarır. Çünki Yurgen Klopp bu mövsümdən sonra postunu tərk etmək qərarına gəlib.

Mourinyo Premyer Liqada artıq “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti