Məşhur klub 117 milyon avroya aldığı oyunçunu satmaq niyyətindədir?

22 Aprel 15:40 İngiltərə 351
Məşhur klub 117 milyon avroya aldığı oyunçunu satmaq niyyətindədir?

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş bu mövsümün sonunda klubu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərləri ingilis futbolçunu yay transfer pəncərəsində satmaq təkliflərini nəzərdən keçirməyə hazırdır.

Klubun baş məşqçisi Pep Qvardiola Qrilişin komanda ilə eyni səviyyədə olduğuna şübhə etməyə başlayıb.

28 yaşlı yarımmüdafiəçi 2021-ci ilin yayında “Aston Villa”dan “Mançester Siti”yə keçib. Onun transferi “şəhərlilər”ə 117,5 milyon avroya başa gəlib.

Tərəflər arasında mövcud müqavilə 2026/2027 mövsümünün sonunda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti