233 milyon avro ödəməyə hazırdır - Məhəmməd Salah üçün

21 Aprel 13:10 İngiltərə 560
233 milyon avro ödəməyə hazırdır - Məhəmməd Salah üçün

“Liverpul”un vingeri Məhəmməd Salah yay transfer pəncərəsində İngiltərə klubunu tərk etmək niyyətindədir.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, misirli futbolçunun qərarı baş məşqçi Yurgen Kloppun gedişi ilə bağlıdır.

Daha əvvəl alman mütəxəssisin cari mövsümün sonunda klubu tərk edəcəyi məlum olub.

Futbolçuya əsas namizəd “Əl-İttihad”dır. Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi Salah üçün 233 milyon avro ödəməyə hazırdır.

31 yaşlı Salah bu mövsüm 38 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti