COP29

Qvardiolanın yerinə əsas namizəd - “Mançester Siti”də

20 Aprel 21:40 İngiltərə 2 056
Qvardiolanın yerinə əsas namizəd - “Mançester Siti”də

“Mançester Siti” rəhbərliyi Pep Qvardiolanın baş məşqçi postundan getməsinə hazırlaşmağa başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı ispaniyalı mütəxəssis İngiltərə klubu ilə yeni müqavilə imzalamaq haqda düşünmür.

Qvardiolanın yerinə əsas namizəd hazırda “Jirona”nı çalışdıran Miçeldir.

“Şəhərlilər” bu həftə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda penaltilər seriyasında “Real”a məğlub olub. Bununla yanaşı, komanda Premyer Liqanın turnir cədvəlinə başçılıq etməkdə davam edir.

Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Komanda onun rəhbərliyi altında 464 oyun keçirib, 342 qələbə qazanıb, 57 oyun isə heç-heçə ilə yekunlaşıb.

İspaniyalı çalışdırıcının klubla hazırkı müqaviləsi 2025-ci ildə başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"