“O, indiyə qədər birlikdə oynadığım ən böyük istedadlardan biridir"

15 Aprel 00:20 İngiltərə 457
“O, indiyə qədər birlikdə oynadığım ən böyük istedadlardan biridir"

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne komandanın cinah oyunçusu Fil Fodenin istedadını tərifləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun böyük istedada malik olduğunu söyləyib:

“O, indiyə qədər birlikdə oynadığım ən böyük istedadlardan biridir. Foden növbəti 15 il ərzində futbol tarixinə düşə bilər”.

Foden bu mövsüm bütün yarışlarda 45 matçda iştirak edib, 22 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun “şəhərlilər”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti