“Danışmaq istəmirəm, çünki mənə giley edəcək - O, çox həssas biridir”

11 Aprel 2023 18:40 İngiltərə 604
“Danışmaq istəmirəm, çünki mənə giley edəcək - O, çox həssas biridir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İtaliya klubu “Napoli” haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, Neapol təmsilçisinin “sükanı arxasında” olan Luçano Spalettidən söz açıb:

“Napoli” barədə danışmaq istəmirəm, çünki Spaletti mənə giley edəcək. O, çox həssas biridir”.

Daha sonra ispaniyalı mütəxəssis qitənin ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqası haqda danışıb:

“Çempionlar Liqasının 1/4, yarımfinal və final mərhələsində eyni futbolçularla mübarizə aparsan, bir o qədər rahat oynaya bilərsən”.

Premyer Liqa təmsilçisi bu gün Çempionlar Liqasının 1/4 finalının ilk matçında İngiltərədə “Bayern”lə qarşılaşacaq. Matç saat 23:00-da start götürəcək.

“Napoli” isə sabah ÇL-də “Milan”la üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR