Kunde üçün təklif göndərməyə hazırlaşır - Premyer Liqanın iddialısı

00:10 İngiltərə 104
Kunde üçün təklif göndərməyə hazırlaşır - Premyer Liqanın iddialısı

“Barselona”nın müdafiəçisi Jül Kunde bu yay komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı futbolçunu bu yay satmağa hazırdır.

Müdafiəçinin transferində “Çelsi” maraqlıdır.

Bildirilir ki, “Barselona” futbolçu üçün tələb etdiyi məbləği 55 milyon funt-sterlinqə (təxminən 65 milyon avro) endirib. Bu səbəbdən, London təmsilçisi yaxın vaxtlarda rəsmi təklif göndərməyə hazırlaşır.

Kunde “Barselona”ya 2022-ci ildə 50 milyon avro qarşılığında “Sevilya”dan transfer olunub. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-na qədərdir.

29 yaşlı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti