Premyer Liqada klubunu dəyişdi - Portuqaliya millisinin yarımmüdafiəçisi

18:20 İngiltərə 153
Premyer Liqada klubunu dəyişdi - Portuqaliya millisinin yarımmüdafiəçisi

“Tottenhem” İngiltərə Premyer Liqasının digər təmsilçisi “Vest Hem”dən Portuqaliya millisinin yarımmüdafiəçisi Mateuş Fernandesi heyətinə qatıb.

Sportinfo.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

“Sportinq” klubunun akademiyasının yetirməsi 2025-ci ilin avqustunda “Vest Hem”ə transfer olunub.

O, ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 36 oyuna çıxaraq, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış Fernandes apreldə ABŞ-yə qarşı keçirilən yoxlama matçında Portuqaliya millisində debüt edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti