Yaxşı pul verdilər, o, kömək etdi, Azərbaycandan ayrıldı - FOTOLAR

22:05 Bizimkilər 169
Yaxşı pul verdilər, o, kömək etdi, Azərbaycandan ayrıldı - FOTOLAR

I Liqada çempionluğu hədəf seçən “Səbail”də gözlənilməz ayrılıq yaşanıb.

Bayıl təmsilçisi ötən mövsüm əsas heyət üzvlərindən olan Səbayıl Bağırovla vidalaşıb.

31 yaşlı müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Sportinfo.az xəbər verir ki, Səbayıl karyerasını “Ozqon”da davam etdirəcək.

Azərbaycanda xüsusən I Liqa klublarından təkliflər olsa da, Bağırov legioner həyatı yaşamaq əqrarına gəlib.

Burada başlıca məqsəd sərfəli maliyyə təklifidirsə, digər səbəb futbolçunun ölkə xaricində yaşamaq istəyidir.

Ona görə də Qırğızıstan klubunun dəvətini müsbət dəyərləndirib. Azərbaycandakından 2-3 dəfə artıq qazanacaq.

Səbayılı “Ozqon”a Qvanzav Maqomedov aparıb. O, vaxtilə “Şahdağ”, “Zirə”, “Bakı”, AZAL, “Səbail”, “Sabah”, “Sumqayıt” kimi komandaların şərəfini qorusa da, karyerasını erkən başa vuraraq agent sənətini seçib.

Bu günə qədər digər azərbaycanlıların – Orxan Əliyev, Ramin Əhmədov və ildar Alekperovun “Ozqon”a keçidində də Qvanzav yaxından iştirak edib.

Hazırda “qırmızı-ağlar”ın sıralarında dörd azərbaycanlı futbolçu yer alıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti