Premyer Liqanın hansı klubu belçikalı ulduzu transfer etmək istəyir?

22 Mart 2023 12:20 İngiltərə 513
Premyer Liqanın hansı klubu belçikalı ulduzu transfer etmək istəyir?

“İnter”in hücumçusu Romelu Lukaku karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Aston Villa” Lukakunun xidmətində maraqlıdır.

Belçikalı forvard müqavilə ilə “Çelsi”yə məxsusdur və o, 2022/23 mövsümünün sonuna kimi icarə əsasında “İnter”də çıxış edəcək.

Hücumçunun xidmətində “Real”ın da maraqlı olduğu bildirilir.

“Aston Villa” rəhbərliyi Lukakunu komandanın lideri kimi görür və onun ətrafında yeni layihə qurmağı planlaşdırır.

29 yaşlı belçikalı hücumçu bu mövsüm “İnter”in heyətində 38 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu