“Osiyek”in ikinci qapıçısı mənə yaxınlaşıb, möhtəşəm olduğumu dedi, təbrik etdi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin qapıçısı Tiaqo Silva deyib.
Portuqaliyalı kiper Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Osiyek”lə Bakıda keçirilən cavab matçından danışıb.
Əsas vaxtı 2:2 bitən görüşün penaltilər seriyasında xorvatların 4 zərbəsini qaytaran Tiaqo bunları söyləyib:
“Zirə”də özümü olduqca xoşbəxt hiss edirəm və Azərbaycanın adını uca tutmaq üçün əlimdən gələni edirəm. Daha doğrusu, edirik.
“Qarabağ”la kubokun final qarşılaşmasındakı məğlubiyyəti hələ də unuda bilmirəm. Çünki bu komanda ilə titul qazanmaq istəyirəm. Bu, ən böyük arzumdur”.

